“Hücuma məruz qalacağımız təqdirdə döyüşəcəyik” – Lukaşenko


Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum olacağı təqdirdə döyüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, amerikalılarla ukraynalılar razılığa gəlməsələr, o zaman Belarusun guya Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hücuma keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib:
“Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil”.
Respublika rəhbərinin sözlərinə görə, Polşa “axmaq hərəkətlər” edir:
“Lakin mən düşünmürəm ki, Polşa xalqı bu hökumətin, prezidentin Belarusa hücum etməsinə icazə versin. Polyaklar buna heç vaxt icazə verməyəcəklər”.
Lukaşenkonun sözlərinə görə, eyni şey Baltikyanı respublikalara da aiddir:
“Allah qoysa, tezliklə bu qaçaqlarımızı Litvadan qovacaqlar. Hətta orada bəzi anklavlar, belaruslar üçün qalalar yaratmağa razılaşdılar. O yazıqlar titrədilər. Yaxşı, tarixi oxumaq lazımdır. Onlar Vilnüs və sairəni alacağımızdan narahatdırlar. Axmaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top