
Azərbaycan güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.
Rəqibini 12:5 hesabı ilə məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.