
“Nə Tarkan, nə Castin Timberleykin konsertində oxşar bilet izdihamı yaşanmayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalist Sənan Şəfizadə sosial şəbəkə hesabında sabah baş tutacaq “Qarabağ” - “Ferentsvaroş” matçı ilə bağlı yazıb.
“Məncə bilet satışında ölkə tarixində yeni rekord qeydə alınacaq. Yəqin sabaha biletlər tamamilə bitəcək. Bu dəfə hətta bahalı biletlərə növbə izləmək maraqlı gəldi. Deməli inam, etimad olanda stadiona gələnlər çox olur”, - jurnalist yazıb.
Şəfizadə təəssüflənib ki, insanlar ancaq avrokuboklara can atır:
“Bu gün milli çempionatda “Qarabağ”ın oyunu var. Həmin komanda, həmin məşqçi və həmin futbolçular. Adam istəyərdi milli çempionatda da anşlaq olsun. ÇL ərəfəsində komanda tribunada boş yer görməsin. Axı sevgi qarşılıq tələb edir. “Qarabağ” çempionatda da qələbə qazanmağa çalışır. Lakin komandanı həmin tribunalar dəstəkləmir”.