Sosial şəbəkələrdə “Temu” adı ilə saxtakarlıq edilir – Rəsmi xəbərdarlıq


Müxtəlif sosial şəbəkələr üzərindən onlayn alış-veriş platforması “Temu”nun adı ilə saxta reklamlar yayılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, dələduzlar iş təklifi adı altında vətəndaşları aldadaraq şübhəli keçidlərə yönləndirirlər:
“Keçiddə qeydiyyat tələb olunur, daha sonra sadə tapşırıqlar icra etdirilir və müəyyən ödənişlər müqabilində yüksək qazanclar vəd edilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, fərdi məlumatlarının təhlükəsizliyini təmin etməyi və hər hansı kampaniya ilə rastlaşdıqda məlumatı yalnız rəsmi mənbədən dəqiqləşdirməyi tövsiyə edir”, - məlumatda deyilir.




DİGƏR XƏBƏRLƏR

Top