
İranın Sistan və Bəlucistan əyalətində polis patrul dəstəsinə edilən silahlı hücum nəticəsində beş polis əməkdaşı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” informasiya agentliyi məlumat yayıb.
“Bir müddət əvvəl terrorçular Xaş–İranşəhr yolunda iki polis patruluna hücum ediblər. Bu hücum nəticəsində beş polis həyatını itirib”, – məlumatda bildirilir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları hazırda silahlıların tutulması üçün əməliyyat həyata keçirirlər.