
Türkiyə Superliqasının nəhənglərindən “Fənərbağça” heyətini İngiltərə Premyer Liqasında çıxış edən futbolçu ilə gücləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Bildirilib ki, “Vest Hem Yunayted”in 27 yaşlı yarımmüdafiəçisi Edson Alvereş klubla birillik icarə müqaviləsi bağlamaq üçün ailəsi ilə birlikdə İstanbula gəlib.
Qeyd edək ki, ötən mövsüm “Vest Hem Yunayted”in heyətində 31 rəsmi oyuna çıxan meksikalı yarımmüdafiəçi bu matçlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.