
“Rusiyanın bir gecədə Ukraynanın müxtəlif bölgələrindəki hədəflərə kütləvi hücumları Moskvanın üç ildən artıqdır davam edən müharibəyə son qoymaq üçün görüşlərdən qaçmağa çalışdığını göstərir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İndi Rusiyadan gələn siqnallar, düzünü desəm, sadəcə olaraq əxlaqsızlıqdır”, - Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, son iki gün ərzində Rusiya ordusu Ukraynanın müxtəlif vilayətlərini dronlar və raketlərlə kütləvi atəşə tutub. Nəticədə xeyli sayda infrastruktur dağıdılıb, həmçinin ölü və yaralılar var.