Rusiya komediya aktyorunu axtarışa verdi


Komediyaçı və bloger Anton Pikuli (əsl adı Anton Ustimov) Rusiyada axtarışa verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.
Komediya aktyoru cinayət maddəsi ilə axtarışa verilib.
Cinayət işinin səbəbi məlum deyil. 
Qeyd edək ki, Ustimov 2023-cü ilin yanvarında xarici agent elan edilib. O vaxtdan bəri o, xarici agent vəzifələrini yerinə yetirməmək maddəsi ilə dörd dəfə cərimələnib. İki belə cərimədən sonra oxşar cinayət maddəsi ilə iş açıla bilər.
Anton Pikuli əvvəllər “Navalny LIVE” “YouTube” kanalında komediya şoularına aparıcılıq edirdi. Bloqqerin “YouTube”da 320 mindən çox, Teleqramda 28 min, İnstaqramda isə 24 min abunəçisi var.

DİGƏR XƏBƏRLƏR

Top