Hansı bölgələrdə insanlar kommunal xidmətlərə daha çox pul xərcləyir?


Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda əhali su, işıq, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda orta hesabla 28,7 manat vəsait xərcləyib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək göstərici Şirvan-Salyan iqtisadi rayonunda qeydə alınıb. Burada sakinlər ayda adambaşına orta hesabla 41,1 manat kommunal xidmətlərə pul xərcləyiblər.
Şəki-Zaqatala iqtisadi rayonunda da bu rəqəm ölkə üzrə yüksək səviyyədədir – 35,2 manat. Naxçıvan Muxtar Respublikası (29,5 manat) və Gəncə-Daşkəsən (30 manat) rayonlarında da göstəricilər ölkədəki orta göstəricidən yuxarı olub.
Ən aşağı rəqəm Şərqi Zəngəzur iqtisadi rayonunda müşahidə olunub – burada əhali ayda adambaşına cəmi 22,4 manat işıq, qaz və digər yanacaq növlərinə pul sərf edib. Abşeron-Xızı (26,1 manat), Dağlıq Şirvan (26,3 manat), Qarabağ (28,5 manat), Qazax-Tovuz (25,7 manat), Quba-Xaçmaz (23,2 manat) və Mil-Muğan (26,2 manat) iqtisadi rayonlarında da kommunal xidmətlərə sərf olunan vəsait ölkə üzrə qeydə alınan orta göstəricdən (28,7 manat) az olub.
Lənkəran-Astara (31,9 manat) və Mərkəzi Aran (31,4 manat) rayonlarında isə göstəricilər nisbətən yüksəkdir. Bakı şəhərində isə bu sahəyə ayda adambaşına orta hesabla 26,6 manat pul xərclənib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top