
“Real Madrid” və belçikalı qapıçı Tibo Kurtua müqaviləni uzatmaq üçün şifahi razılığa gəliblər.
Yeniavaz.com İspaniya mətbuatına istinadla xəbər verir ki, tərəflər yeni müqavilə imzalayacaqlar.
Qeyd edək ki, daha əvvəl Tibo Kurtua karyerasını “Kral klubu”nda bitirmək istədiyini açıqlamışdı.
33 yaşlı futbolçunun “Real Madrid”lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. “Transfermarkt” onun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.