
Türkiyənin məşhur “Ezel” serialında “Ramiz dayı” obrazının gəncliyini canlandıran 43 yaşlı tanınmış aktyor Ufuk Bayraktar saxlanılıb.
Yeniavaz.com Ekol TV-yə istinadla xəbər verir ki, aktyor ötən həftə yanında beş nəfərlə birlikdə bir restorana basqın edib.
Qeyd olunur ki, o, restoranın sahibindən xərac istəyib:
“Buranı əlindən alacaqlar, biz səni qoruyacağıq, həftəlik 25 min lirə verəcəksən”, - telekanal onun sözlərindən sitat gətirib.
Bildirilir ki, Bayraktar ötən həftə tələb etdiyi 25 min lirəni ala bilməyib. Avqustun 20-də günorta saatlarında isə yenidən həmin restorana gedərək bu dəfə məbləği 10 min lirəyə endirdiyini bildirib.
İaşə müəssisəsinin rəhbəri hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla Ufuk Bayraktar saxlanılıb.
Qeyd edək ki, aktyor 2007-ci ildə iştirak etdiyi başqa bir hadisəyə görə altı ay həbs olunub. Onu tamaşaçılar daha çox “Ezel” serialında Tuncel Kurtizin canlandırdığı “Ramiz dayı”nın gəncliyini oynaması ilə tanıyır.