
Bu gün Rusiya Ukraynanın Zakarpatya vilayətinə hücum edib.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu barədə Zakarpatya Regional Hərbi Administrasiyasının sədri Myroslav Biletski bildirib.
Onun sözlərinə görə iki dəniz bazalı “Kalibr” tipli raket xarici sərmayəli müəssisəni – məişət texnikası istehsal olunan zavodu vurub.
“Nəticədə zavodun 12 işçisi xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır”, - Biletski bildirib.
Qeyd olunub ki, yanğın hələ də davam edir və xilasedicilər alovu söndürürlər.
Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa isə bildirib ki, vurulan müəssisə ABŞ-yə məxsusdur.
“Bu, Rusiyanın Ukraynadakı Amerika müəssisələrinə ilk hücumu deyil. Burada heç bir hərbi məntiq və ya zərurət yoxdur, yalnız insanlara, müəssisələrə və ölkəmizdə normal həyata qarşı terror var”, - nazir bildirib.


Tətbiqimizi yükləyə bilərsiniz