
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub.
Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar.
Tərəflər ticarət dövriyyəsinin həcmlərinin dinamikasını, habelə birgə proqramların icrasının gedişatını müzakirə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz