Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib


Azərbaycan Moskvanın sentyabrın 20-də keçiriləcək “Intertvision” (Beynəlxalq Musiqi Müsabiqəsi) müsabiqəsində iştirakdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müsabiqənin “Instagram” səhifəsində qeyd olunub.
Bildirilib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri daxili səbəblərə və hazırlıq üçün vaxt çatışmazlığına görə yarışmaya qatılmayacaqlar.
Bundan əlavə, tədbirin reklam animasiyalarında – məsələn, Qırmızı Meydanın videosunda və sosial şəbəkələrdə yayımlanan posterlərdə – iştirakçı ölkələrin bayraqları nümayiş olunsa da, Azərbaycan bayrağı həmin materiallarda yer almayıb. Baxmayaraq ki, ölkəmizin adı iştirakçılar sırasında əvvəlcədən göstərilib.
Təşkilatçılar həmçinin müsabiqənin rəsmi “Telegram” kanalında iştirakçı ölkələrin bayraq emojilərindən ibarət siyahı paylaşıblar və bu siyahıda da Azərbaycan bayrağı olmayıb.
Qeyd edək ki, hazırda 19 ölkə müsabiqədə iştirakını rəsmən təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top