Zelenskinin həmin görüşdə geyindiyi kostyumda xüsusi detal var imiş


Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski 18 avqustda ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı qara kostyum geyinib.
Yeniavaz.com
xəbər verir ki, həmin kostyumu məşhur ukraynalı dizayner Viktor Anisimov hazırlayıb.
O, geyim üzərində aparılan iş prosesi barədə “Reuters”ə danışıb.
Dizaynerin sözlərinə görə, qara kostyum əvvəlcədən tünd göy rəngli analoji variantla birlikdə 24 avqust – Ukraynanın Müstəqillik Günü üçün hazırlanmışdı. İlkin ölçülərdən sonra kostyumun üzərində müəyyən dəyişikliklər planlaşdırılsa da, 17 avqustda Anisimova Prezident Administrasiyasından təcili zəng gəlib və kostyum ABŞ səfəri üçün lazım olub.
Zelenskinin Trampla görüşdə geyindiyi pencəyin özəlliyi isə şlitsa (pencəyin aşağı hissəsindəki kəsik) olub. Anisimov deyib ki, bu detal, adətən, mülki geyimə xasdır və sülh ümidini simvolizə edir.
Bununla belə, dizayner vurğulayıb ki, kostyum xüsusi olaraq Tramp və ya NATO sammiti üçün tikilməyib:
“Mən deyə bilmərəm ki, biz kostyumu məhz NATO sammiti və ya Tramp və Avropa liderləri ilə mühüm söhbət üçün tikmişik. Kostyum, sadəcə kostyumdur”.

DİGƏR XƏBƏRLƏR

Top