“Fənərbağça” Nenenin transferini açıqladı


“Fənərbağça” Avstriyanın “Red Bull Zalsburq” klubunda çıxış edən Dorgeles Nene ilə rəsmi müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, klub “Zalsburq”a 18 milyon avro transfer haqqı və Dorgeles Nenenin transferi üçün 4 milyon avro bonus ödəyəcək.
Sarı-mavilər 22 yaşlı malili cinah oyunçusu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerasına vətənində “Guidars FC”də başlayan Nene 2021-ci ildə “Red Bull Zalsburq”a keçib. Gənc oyunçu indiyədək klubda 171 oyuna çıxıb, 47 qol vurub və 32 məhsuldar ötürmə verib. Oyunçu Mali millisinin heyətində 23 oyunda 7 qol vurub. Nenenin hazırkı bazar dəyəri 12 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top