Pezeşkianla Lukaşenko görüşdü


İran Prezidenti Məsud Pezeşkian Belarusa səfəri çərçivəsində ölkə Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün Müstəqillik Sarayına gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Müstəqillik Sarayının həyətində fəxri qarovul dəstəsinin iştirakı ilə rəsmi qarşılanma mərasimi olub. Orada iki ölkənin dövlət himnləri səsləndirilib, bundan sonra Aleksandr Lukaşenko və Məsud Pezeşkian birgə içəri daxil olublar.
Prezidentlərin iki ölkə arasında ticarət, investisiya və sənaye sahəsində əməkdaşlığı, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, habelə beynəlxalq strukturlar, o cümlədən Aİİ, ŞƏT, BRİKS və BMT çərçivəsində dövlətlər arasında qarşılıqlı fəaliyyəti müzakirə edəcəyi gözlənilir. Həmçinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə də diqqət yetiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top