Londondan Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

bakıdan havaya qalxan təyyarə təcili eniş edib
London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “Nomad Aviation AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. 
Bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

DİGƏR XƏBƏRLƏR

Top