Rusiya Sumıya hücum etdi – 12 nəfər yaralandı


Avqustun 20-nə keçən gecə Rusiya hərbçiləri Sumı vilayətinin Axtırka şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Polisin məlumatına görə, hücum zamanı ikisi uşaq olmaqla 12 nəfər yaralanıb.
Bir yaşayış binası, 13 fərdi yaşayış evi, yardımçı tikili və qaraja ziyan dəyib.
Rusiya PUA-ları həmçinin Odessa vilayətinə hücum edib. Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidməti bir nəfərin yaralandığını bildirib. Zərbə nəticəsində yanacaq-energetika infrastrukturu obyekti yanıb.

DİGƏR XƏBƏRLƏR

Top