Aqronom pomidoru pulsuz təklif edir: “Yığın aparın” – Video


Xızının Şorabad qəsəbəsində yerləşən bostanın sahibi qeyri-adi təklif irəli sürüb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bayern Alman Aqronom Xidmətləri” MMC-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 
Aqronomun paylaşdığı məlumatda deyilir ki, hazırda bostanda xeyli yetişmiş pomidor var, lakin satmaqda çətinlik çəkilir: 
“Bir çox fermerlər məhsullarını sata bilməyəndə onları çölə tökürlər. Mən bu işi etmək istəmərəm. Burda 1 hektarlıq ərazidə 100 tondan artıq pomidor var. Adam tapıb yığa bilmirik. Satmaqda da çətinliklər var”.
Aqronom təklif edir ki, imkanı çatmayan şəxslər gəlib, pomidorları yığıb apara bilər.
Videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top