
Şair Məmməd İsmayıl vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şairin dostu Ehtiram İlham öz sosial şəbəkə hesabında məlumat yayıb.
Onun öz vəsiyyətinə uyğun olaraq sabah doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində, anasının yanında dəfn olunacağı bildirilir.
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ötən ildən onun sağlamlığındakı problemlər ciddiləşmiş və Heydər Əliyev Fondu şairin müalicəsini öz üzərinə götürmüşdü.