Tramp Zelenskiyə də Ağ Evin simvolik açarlarını təqdim edib


Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş zamanı tərəflər hədiyyə mübadiləsi aparıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.
Bildirilir ki, Ukrayna Prezidenti Trampa qolf dəyənəyi hədiyyə edib. Tramp isə öz növbəsində Zelenskiyə Ağ Evin simvolik açarlarını təqdim edib.
Qeyd edək ki, bu il avqust ayının 8-də keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana Ağ Evin simvolik açarlarını təqdim edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top