“İran Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyir”


“Qafqazda sülh strateji əhəmiyyət daşıyır, İran isə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinqdə İran Prezidenti Məsud Pezeşkiyan deyib.
“Biz qonşularımız üçün, xüsusən də qonşu Ermənistan üçün sülh və əmin-amanlıq istəyirik. Hesab edirik ki, inteqrasiya və dostluq sülhün ən yaxşı amilləridir. Biz həmişə Ermənistan Respublikasının ərazi bütövlüyünü müdafiə etmişik və bölgədə güc tətbiqinin əleyhinəyik. Düşünürük ki, regionda liderlik Qafqaz xalqlarının əlində olmalıdır, problemlərin regiondan kənar dövlətlərə ötürülməsi isə vəziyyəti daha da çətinləşdirir. İran üçün Qafqazda sülh strateji əhəmiyyət daşıyır və biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İran dövlətlərin sərhədlərinin dəyişməz qalmasına önəm verir, onların dəyişdirilməsi isə geosiyasi rəqabətin səbəbi ola bilər”, - Pezeşkiyan bildirib.
Qeyd edək ki, Pezeşkiyan Ermənistana rəsmi səfərə gedib.

DİGƏR XƏBƏRLƏR

Top