
Açıqlanan son məlumatlara görə, Azərbaycanda orta aylıq əməkhaqqı 1 097,3 manata yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ölkədə satılan “Aİ-95” markalı benzinin bir litrinin qiyməti 1,60 manat olduğu üçün orta aylıq əməkhaqqına 686 litr benzin almaq mümkündür.
Qeyd edək ki, bu göstəriciyə görə Azərbaycan keçmiş SSRİ və qonşu ölkələr arasında son sıralarda qərarlaşıb.
Orta aylıq əməkhaqqına ən çox benzini Litvada almaq olur. Belə ki, bu ölkədə orta aylıq əməkhaqqı 2 min 750 dollar, bir litr benzinin qiyməti isə 1,35 dollar təşkil edir. Nəticədə, Litvada orta aylıqəmək haqqına 2 min 37 litr benzin almaq mümkündür.
Aşağıdakı cədvəldə keçmiş SSRİ və qonşu ölkələrində orta aylıq əməkhaqqı (vergilərlə birgə), bir litr “Aİ-95” markalı benzinin qiyməti və orta aylıq əməkhaqqına satın alına biləcək benzinin miqdarı göstərilib:

Elnur Əli