
Finlandiyada deputat parlament binasında (Eduskunta) intihar edib.
Yeniavaz.com xəbər verir ki, bu abrədə “Iltalehti” qəzeti məlumat yayıb.
Helsinki Polis İdarəsinin qəzetə verdiyi məlumata görə, parlament üzvlərindən biri Eduskunta binasında intihar edib. Parlamentin təhlükəsizlik rəhbəri Aaro Toivonen “Yle” telekanalının müxbirinə açıqlamasında məlumatı təsdiqləyib.
Polis hadisəni araşdırır və burada cinayət izlərinin olmadığı bildirilir.
Baş nazir Petteri Orpo hadisəni “dəhşətli xəbər” adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz