Ermənistan və İran əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar – Siyahı


Ermənistan və İran avqustun 19-da əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu, İranın Prezidenti Məsud Pezeşkiyanın Ermənistana səfəri zamanı baş tutub.
Xüsusilə, Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında 2025–2027-ci illər üçün siyasi məsləhətləşmələr haqqında memorandum, Ermənistan İqtisadiyyat Nazirliyi ilə İranın Standartlaşdırma Milli Təşkilatı arasında isə standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və texniki tənzimləmə sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə, Ermənistan və İran 2025–2029-cu illərdə peşə təhsili və ixtisasartırma sahəsində əməkdaşlıq, şəhərsalma sahəsində əməkdaşlıq, muzeylərin əməkdaşlığı, tibbi avadanlıqların tənzimlənməsi və kino sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalayıblar.
Həmçinin, tərəflər Ermənistan Milli Arxivi ilə İran Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top