Rusiya Ukraynaya kütləvi hücum təşkil edib – Video


Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, avqustun 19-na keçən gecə Rusiya Ukraynanı 270 pilotsuz uçuş aparatı, beş ballistik raket və beş qanadlı raketlə vurub.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücumda strateji aviasiya da iştirak edib.
Bildirilir ki, 40-dan çox zərbə qeydə alınsa da, əksər pilotsuz təyyarələr və raketlər vurulub.
Məlumata görə, onların arasında Kh-101 qanadlı raketi və “İsgəndər-M” ballistik raketi də olub.
Həmçinin, Poltava vilayətinə kütləvi hücum barədə xəbərlər yayılıb. Regionun rəhbəri Vladimir Koqutun sözlərinə görə, 1500-dən çox insan işıqsız qalıb.

DİGƏR XƏBƏRLƏR

Top