Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlandı


Ermənistanın Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən konsulluğu 7 illik fəaliyyətindən sonra bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rusiya Erməniləri İttifaqı”nın Çelyabinsk bölməsinin rəhbəri Qaqik Mxitaryan öz “Telegram” kanalında məlumat yayıb.
“Müvafiq məsələlərlə bağlı xahiş olunur Rusiyada Ermənistan Respublikasının digər konsulluq idarələrinə müraciət edəsiniz”, – deyə o bildirib.
Xatırladaq ki, Ermənistanın fəxri konsulu Narek Spartakyan avqustun əvvəlində Yekaterinburqda tutduğu vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top