MDB Azərbaycanla Ermənistan arasında sülh sazişinə ümid edir


“MDB ümid edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev Birliyə üzv dövlətlərin MDB-nin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclasından əvvəl deyib.
“Birlik ölkələrində hamımız Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin imzalanmasından necə məmnun idiksə, indi də biz Birlik ölkələrində bu birgə bəyannamənin imzalanmasından çox məmnunuq. Hesab edirik ki, bu, fikir ayrılıqlarının yekun həlli və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə edilməsi yolunda mərhələlərdən biridir”.
Lebedev əlavə edib ki, sülh sazişi bu respublikaların ərazisində MDB-nin ali orqanlarının daha tam hüquqlu iclaslarının keçirilməsinə imkan verəcək:
“Ümid edirəm ki, bu respublikalar Baş katib kimi Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində daha fəal iştirak edə bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top