Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı


Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xarici ölkələrə 7 milyard 660,2 milyon dollar dəyərində 14 milyon 470,6 min ton xam neft satıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta gömrük dəyəri 529,3 dollar (1 barel təxminən 72,2 dollar) olub.
Xam neft miqdar olaraq ən çox İtaliyaya, ən az isə Türkiyəyə ixrac edilib. Qiymət baxımından isə ən baha Bolqarıstana (1 ton – 608,5 dollar), ən ucuz isə Böyük Britaniyaya (1 ton – 462,9 dollar) satılıb.
Onu da bildirək ki, ötən ildən Fransaya xam neft satışı dayandırılsa da, bu ilin iyul ayında yenidən bərpa edilib.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini təqdim edirik:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top