Norveçdə şahzadənin oğluna qarşı 32 cinayət irəli sürüldü


Prokurorlar Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu və vəliəhd şahzadə Hokonun ögey oğlu 28 yaşlı Marius Borq Hoibiyə qarşı 32 ittiham irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 
Bildirilib ki, digərlərinin arasında, Hoibi məişət zorakılığı və dörd zorlamada ittiham edilib, bəzilərinin lentə aldındığı iddia edilir.
Hoibinin vəkili bildirib ki, vəliəhd şahzadənin oğlu ən ciddi ittihamları rədd edir, lakin bəzi daha kiçik ittihamlarla günahını etiraf etməyi planlaşdırır.
Onun 2026-cı ilin yanvarında mühakimə olunacağı gözlənilir. Təqsirli bilinərsə, vəliəhd şahzadənin oğlunu on ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Marius Borg Hoibi Mette-Maritin əvvəlki münasibətdən olan oğludur. O, 2001-ci ildə Norveç taxt-tacının varisi ilə evlənib. Onların daha iki övladı var. Hoibiyə qarşı istintaq 2024-cü ildə başlayıb. O, həmin vaxt qısa müddətə həbs edilib. Hoibinin kral titulu və taxt-tacı vərəsəlik hüququ yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top