
MLS mövsümünün növbəti matçında “İnter Mayami” öz meydanında “Los Anceles Qalaksi” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin qollarını ispaniyalı müdafiəçi Xordi Alba (43), argentinalı hücumçu Lionel Messi (84) və uruqvaylı hücumçu Luis Suares (89) vurub.
Qonaqların heyətində is 59-cu dəqiqədə Cozef Peyntsil fərqlənib.
Qeyd edək ki, “İnter Mayami” 24 oyundan sonra 45 xalla 8-ci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz