“Xiaomi” böyük batareyayalı “Redmi” smartfonunu təqdim etdi


“Xiaomi” şirkəti böyük batareyalı “Redmi 15” 5G smartfonunun qlobal versiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NotebookCheck” portalı məlumat yayıb.
Smartfon “Full HD+” təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinə malik 6,9 düymlük IPS displey, 5G dəstəyi ilə “Qualcomm Snapdragon 6s Gen 3” çipi, 4-8 GB-a qədər LPDDR4x operativ yaddaş və 128 və ya 256 GB daxili UFS 2.2 yaddaşına malikdir.
“Redmi 15” 5G-nin beynəlxalq bazarda əsas xüsusiyyəti onun 33 Vt sürətli şarj dəstəyi ilə 7000 mAh batareyası olacaq. Digər parametrlər arasında 50 MP təsvir ölçülü əsas kameranın və 8 MP ön kameranın olması, IP64 standartına uyğun olaraq korpusun nəm və tozdan qorunması qeyd olunur. Avropada “Redmi 15” 5G bəzi pərakəndə satış mağazalarında modifikasiyadan asılı olaraq 200-215 avro (18,7-dən 20,1 min rubla) qiymətə satışa çıxarılıb. 

DİGƏR XƏBƏRLƏR

Top