“Növbəti dəfə Moskvada” – Putin Trampı Moskvaya dəvət etdi


Rusiya Prezidenti Vladimir Putinlə sammitin yekunlarına dair mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə ən qısa bir vaxtda görüşə ümid etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, buna cavab olaraq Putin Trampa ingilis dilində təbəssümlə: “Next time in Moscow (Növbəti dəfə Moskvada)”, - deyə cavab verib.
Öz növbəsində, Tramp dəvətə cavab olaraq, bunun mümkün olduğunu bildirib.
Qeyd edək ki, avqustun 15-də Tramp və Putin Alyaskada sammit keçiriblər. Danışıqların keçirilmə yeri  Ankoricdəki Elmendorf-Riçardson Birgə Baza olub.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışı olub.
Bağlı qapılar arxasında keçirilən görüş üç saatdan çox davam edib.
Görüş “üçdə üç” formatında keçirilib. ABŞ tərəfini dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Tramp və Putin danışıqların konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top