Ağ Ev Tramp-Putin görüşünü “tarixi” adlandırdı


Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçirilən görüşünü tarixi adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev “X” sosial şəbəkəsindəki səhifəsində liderlərin görüşündən foto yerləşdirib və fotonun altında “Tarixi” şərhini əlavə edib.
Foto hər iki dövlətin başçısının fəxri qarovul dəstəsi ilə birlikdə qırmızı xalçadan keçdiyi anı əks etdirir.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev özünün “X” səhifəsində ABŞ və Rusiya liderlərinin Alyaskada danışıqlar başlamazdan əvvəl çəkilmiş birgə fotosunu da dərc edib.
Fotoda siyasətçilər “Pursuing Peace” (“Sülhün axtarışında”) şüarı yazılmış bannerin qarşısında dayanıblar. Bu sözlər həm də nəşrin imzasına çevrilib.
Qeyd edək ki, avqustun 15-də Tramp və Putin Alyaskada sammit keçiriblər. Danışıqların keçirilmə yeri  Ankoricdəki Elmendorf-Riçardson Birgə Baza olub.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışı olub.
Bağlı qapılar arxasında keçirilən görüş üç saatdan çox davam edib.
Görüş “üçdə üç” formatında keçirilib. ABŞ tərəfini dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Tramp və Putin danışıqların konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top