
Azərbaycanın Rusiyanın Yekaterinburq vilayətindəki diasporunun rəhbəri Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “URA.RU”ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.
Bildirilib ki, nəticəyə əsasən o, istintaq təcridxanasında qalacaq.
Qeyd edilib ki, şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.
Xatırladaq ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib. O, avqustun 2-də saxlanılıb.