
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ukraynanın NATO-ya qoşulması variantını istisna edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Ankoricə gedərkən təyyarəsində jurnalistlərə açıqlama verib.
“Ola bilər. Avropa və digər ölkələrlə birlikdə. Amma NATO formasında yox, çünki... Bilirsiniz, müəyyən şeylər baş verməyəcək”, - Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə təhlükəsizlik zəmanəti verməsi perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib.