
“UFC Roster Watch” özünün “X” sosial şəbəkə səhifəsində irlandiyalı qarışıq döyüş ustası (MMA) Konor Makqreqorun Ultimate Fighting Championship (UFC) siyahısından çıxarıldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, UFC prezidenti Dana Uayt “UFC Roster Watch”ın yaydığı bu xəbərə reaksiya verib.
Belə ki, o, Makqreqorun döyüşçülər siyahısından çıxarılması barədə xəbəri təkzib edib.
Dana Uayt bu barədə “X” sosial şəbəkə hesabındakı səhifəsində bildirib.
“Tam cəfəngiyyatdır!” - deyə o, yazıb.
Qeyd edək ki, Makqreqorun 37 yaşı var. İrlandiyalı idmançının son UFC döyüşü 2021-ci ilin iyulunda baş tutub. O, bu döyüşdə amerikalı Dastin Poryeyə uduzub.
Makqreqorun son döyüşdə həmçinin ayağı sınıb. Buna baxmayaraq, müalicə alan idmançı dəfələrlə MMA-ya qayıdacağına işarə edib.
Xatırladaq ki, Makqreqor keçmiş UFC yüngül və yarımyüngül çəki çempionudur. Ümumilikdə, irlandiyalı peşəkar MMA-da 22 qələbə və 6 məğlubiyyətə malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz