Kamçatkada 6,5 ballıq daha bir zəlzələ oldu


Kamçatkada 6,5 ballıq zəlzələ meydana gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 97 km aralıda yerləşir.
Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri regionda meydana gələn ən güclü zəlzələ olub. Rəsmilərin məlumatına görə, onun maqnitudası 8,8-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top