“Barselona” “YouTube” kanalında abunəçi sayına görə birinci oldu


İspaniyanın “Barselona” klubunun “YouTube” kanalı abunəçilərin sayına görə FIFA və NBA-i geridə qoyaraq, rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.
Məlumata görə, kataloniya klubunun rəsmi “YouTube” kanalının abunəçi sayı 23,8 milyona çatıb.
Bununla da, “Barselona” FIFA-nı (23,6 milyon abunəçi) və NBA-nı (23,3 milyon abunəçi) geridə qoyaraq, idman təşkilatları və klubları arasında birinci yerdə qərarlaşıb.
Digər tərəfdən, bu ilin yanvar ayında “Barselona” “YouTube”da 20 milyon abunəçiyə çatan dünyada ilk idman klubu olub.
Hazırda “Real Madrid”in 18,1 milyon, “La Liqa”nın 13,1 milyon, “Liverpul”un isə 11,7 milyon abunəçisi var.

DİGƏR XƏBƏRLƏR

Top