
Gürcüstan dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin istintaq idarəsinin əməkdaşları kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstan dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Azərbaycan Respublikası vətəndaşını saxlayıblar.
Qeyd olunub ki, sözügedən şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.