
“Jaguar Land Rover” ABŞ-də 121 min 509 “Range Rover” və “Range Rover Sport” avtomobilini geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, buna səbəb ön asma birləşmələrində çatlara səbəb ola biləcək potensial təhlükəli qüsurdur. Bu qüsur zaman keçdikcə inkişaf edə bilər ki, bu da son nəticədə komponentin bütövlüyünün pozulmasına və nəticədə, avtomobilə nəzarətin itirilməsinə səbəb ola bilər.
Problemi pulsuz həll etmək üçün avtomobil sahibləri dilerlərə dəvət olunacaqlar.
Geri çağırma kampaniyası 2014-cü ildən 2017-ci ilə qədər ABŞ-də satılan avtomobilləri əhatə edir.