
İstanbulun Beyoğlu rayon bələdiyyəsində əməliyyat keçirilib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş bələdiyyə sədri İnan Güney də daxil olmaqla 42 nəfər saxlanılıb.
Daha 2 nəfərin isə axtarışları davam etdirilir.
Onların haqqında korrupsiya ittihamı ilə iş açılıb.