
Avqustun 13-də Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi parad keçirilib.
Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistandakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Tətbiqimizi yükləyə bilərsiniz