
BMW əfsanəvi “Mercedes-Benz G-Class”la rəqabət apara biləcək yeni yolsuzluq avtomobili buraxmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Automotive News” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yeni model G74 adlanacaq və yeni nəsil X5 krossoverinin dəyişdirilmiş platforması əsasında qurulacaq.
Layihə ilə bağlı təfərrüatlar məxfi saxlanılsa da, o, daha kvadrat gövdə dizaynına malik olacaq.
İlkin məlumatlara görə, yolsuzluq avtomobili hibrid mühərriklə də təchiz oluna bilər.
Belə ki, yeni G74-ün platforması hibrid, elektrik, həmçinin, hidrogen mühərrikləri də daxil olmaqla müxtəlif mühərrik variantlarını yerləşdirmək üçün kifayət qədər çevik olacaq.
Avtomobilin 2028-2029-cu illərdə buraxılması gözlənilir.