
ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı təqdirdə ABŞ-nin Kiyevin gələcək Rusiya təcavüzünün qarşısını almaq üçün “çəkindirici vasitələrlə” təmin edilməsində rol oynamağa hazır olduğunu qeyd edib.
Lakin Tramp bu səylər NATO çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə belə bir öhdəlik götürəcəyini bildirib.
Eyni zamanda, Amerika prezidenti təhlükəsizlik zəmanətləri dedikdə, nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. O, yalnız daha geniş konsepsiyanı müzakirə edib.
Tramp həmçinin qeyd edib ki, ABŞ-nin təhlükəsizlik zəmanətləri müharibənin yekun həllinin bir hissəsi olmalıdır və Amerika lideri bunda ABŞ-nin əsas rol oynadığına inandığını qeyd edib.
Nəşr daha sonra yazır ki, təhlükəsizlik zəmanəti nə olursa olsun, Tramp açıq şəkildə bəyan edib ki, ABŞ Ukraynaya birbaşa silah və ya qoşun tədarük etməyəcək, baxmayaraq ki, Ukraynanın istifadəsi üçün Avropaya silah satacaq.
Tətbiqimizi yükləyə bilərsiniz