Özgür Özəl haqqında istintaq başladıldı – Ərdoğan barədə dediklərinə görə


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Özələ qarşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlərə görə istintaq başladılıb.
“CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Həddini aşan və hörmətdən kənar olan bu ifadələr 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq hücumdur”, - paylaşımda deyilib. 

DİGƏR XƏBƏRLƏR

Top