Conni Depp ikonik “Cek Sperrou” obrazı ilə geri qayıda bilər


Məşhur prodüser Cerri Brukhaymer Conni Depp ilə “Karib dənizinin quldurları” franşizasının altıncı filmi ilə bağlı danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Entertainment Weekly”ə danışıb.
Prodüser deyir ki, əgər aktyor ssenaridən razı qalsa, “kapitan Cek Sperrou” obrazını yenidən canlandırmağa hazırdır.
“Əgər ona obrazın yazılı forması xoş gələrsə, düşünürəm ki, razılaşacaq,” – deyə 81 yaşlı Brukhaymer qeyd edib.
Qeyd edək ki, Conni Depp ilk dəfə “Cek Sperrou” rolunu 2003-cü ildə “Karib dənizinin quldurları: Qara mirvarinin lənəti” filmində canlandırıb və daha sonra dörd davam filmində rol alıb. 2022-ci ildə aktyorun nümayəndəsi onun franşizaya qayıtmayacağını açıqlasa da, 2023-cü ildə aktyora yaxın mənbə onun yeni layihələrdə iştirak edə biləcəyini demişdi.
Prodüser dəqiqləşdirib ki, “Disney” hazırda iki film üzərində işləyir — franşizanı yenidən işə salacaq layihə və Marqo Robbinin iştirakı ilə ayrıca film.

DİGƏR XƏBƏRLƏR

Top