Koreyada keçmiş prezidentin həyat yoldaşı da həbs edildi


Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın həbsdə olan keçmiş prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Kon Hini həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Renhap” xəbər agentliyi məlumat yayıb.
O, səhm saxtakarlığı, rüşvətxorluq və seçkilərə müdaxilədə ittiham olunur.
Keçmiş birinci xanım ittihamları rədd edir.
“Renhap” qeyd edir ki, Cənubi Koreya tarixində ilk dəfədir ki, ölkənin keçmiş prezidenti və həyat yoldaşı eyni vaxtda həbs edilir.
Prokurorlar Kimin Kon Hinin Cənubi Koreyada BMW dileri olan “Deutsch Motors”un səhmlərinin qiymətini şişirtmək sxemində iştirak etdiyini və 800 milyon vondan (təxminən 577 min dollardan) çox qazandığını iddia edirlər.
O, həmçinin “biznes xidmətləri” müqabilində dini bir təşkilatdan iki “Chanel” çantası və bir brilyant boyunbağı almaqda və 2022-ci il parlament seçkiləri üçün namizədlərin irəli sürülməsinə müdaxilə etməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top