Estoniya rusiyalı diplomatı ölkədən çıxardı


Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin birinci katibini “persona non qrata” elan edərək, ölkədən çıxardığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Estoniya Xarici İşlər Nazirliyinin saytında öz əksini tapıb.
Xarici işlər naziri Marqus Tsaxkna qeyd edib ki, rusiyalı diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin sarsıdılmasında fəal iştirak edib.
Bundan əlavə, o, Estoniya cəmiyyətinin parçalanmasında iştirak etməkdə ittiham olunur.
Tsaxkna əlavə edib ki, Estoniyanın bir vətəndaşı da bu cinayətləri törətdiyinə görə məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top